Bütün məhsullar
Phyto Exosome PDRN Lifting Serum

VEKSTORE · BEAUTY & CARE

MEDIPEEL

Phyto Exosome PDRN Lifting Serum

Serum və essensiya
Kataloqda göstərilən dəri tipi

Quru dəri, Yağlı dəri, Qarışıq dəri, Normal dəri

Qırışları hədəfləyən, dərini sıxlaşdıran və fitоekzosom texnologiyası ilə aktiv maddələri dərin qatlara daşıyan güclü lifting serumudur.

71.82 ₼79.80 ₼−10%

Qənaət: 7.98 ₼

Stokda var

Məhsul haqqında

Qırışları hədəfləyən, dərini sıxlaşdıran və fitоekzosom texnologiyası ilə aktiv maddələri dərin qatlara daşıyan güclü lifting serumudur.

MEDI-PEEL Phyto Exosome PDRN Lifting Serum yaşlanma əlamətlərini yavaşladaraq dərinin hamar, elastik və dolğun görünməsini təmin edir. Alın, burun-dodaq xətləri və göz ətrafındakı qırışların dərinliyini azaldır, dərinin tonunu və teksturasını bərabərləşdirir, məsamələrin görünüşünü kiçildir. Serum dəridə məxməri bitiş buraxır və hüceyrə yenilənməsini aktivləşdirir. Fitоekzosom əsaslı daşıyıcı sistem aktiv komponentlərin təsirini maksimum səviyyəyə çatdırır.

Əsas xüsusiyyətlər

• Qırışların dərinliyini və görünüşünü azaldır

• Dərini dartır, sıxlaşdırır və elastikliyi artırır

• Məsamələrin görünüşünü kiçildir, relyefi “cilalayır”

• Dəri tonunu bərabərləşdirir və solğunluğu aradan qaldırır

• Hüceyrə yenilənməsini və regenerasiyanı sürətləndirir

• Mikroiynə (spikula) texnologiyası ilə daha güclü nəticə

• Bütün dəri tipləri üçün uyğundur

Tərkib

• 11 növ peptid – lifting, qırışların azalması və bərpa

• PDRN (Sodium DNA) – hüceyrə yenilənməsi, sıxlıq və elastiklik

• Mikroiynələr / spikulalar – dəri yenilənməsini aktivləşdirir, aktivlərin nüfuzunu artırır

• Alma kök hüceyrələri – yaşlanmanın ləngidilməsi və regenerasiya

• Stabil Vitamin C – tonun açılması, antioksidant qoruma

• B qrupu vitaminləri – sakitləşdirici və qoruyucu təsir

• 9 növ hialuron turşusu – intensiv nəmləndirmə və baryer dəstəyi

• Glutatyon – ləkələrin açılması və antioksidant effekt

İstifadə qaydası

Təmiz və quru dəriyə az miqdarda serum tətbiq edin, tam hopana qədər gözləyin. Ardınca tonik və nəmləndirici krem istifadə edin. Gündəlik istifadəyə uyğundur. Gün ərzində SPF 50 istifadəsi tövsiyə olunur.

QEYD: Mikroinyələr səbəbilə tətbiqdən sonra yüngül iynələnmə hissi yarana bilər.

Səbət

Endirimdən sonra cəm0.00 ₼

Sifarişi tamamla