MEDIPEEL
Phyto Exosome PDRN Lifting Shot Cream
Qarışıq dəri
Qırış əlamətlərini azaldan, dərini dartdıran və tonunu bərabərləşdirən intensiv lifting kremidir.
Qənaət: 9.48 ₼
Stokda var
Məhsul haqqında
Qırış əlamətlərini azaldan, dərini dartdıran və tonunu bərabərləşdirən intensiv lifting kremidir.
MEDI-PEEL Phyto Exosome PDRN Lifting Shot Cream ilk yaşlanma əlamətlərinə qarşı təsir göstərir, dərini nəmləndirir, qidalandırır və sağlam parlaqlıq bəxş edir. Dəri sıxlığını artırır, relyefi hamarlaşdırır, qırışların dərinliyini azaldır və tonunu bərabərləşdirir. Fitоekzosom əsaslı sistem aktiv maddələri dərinin dərin qatlarına daşıyır və təsirini gücləndirir. Kremin sıx, qidalandırıcı teksturası dərini qoruyucu baryer ilə təmin edir və quru, normal və qarışıq dəri tiplərinə uyğundur.
Əsas xüsusiyyətlər
• Qırışları azaldır və dərini dartır
• Dəri tonunu bərabərləşdirir və sağlam parlaqlıq verir
• Nəmləndirir, qidalandırır və quruluğu aradan qaldırır
• Hüceyrə regenerasiyasını stimullaşdırır və yaşlanmanı ləngidir
• Dərinin təbii qoruyucu baryerini gücləndirir
• Fitоekzosom texnologiyası ilə aktiv maddələrin nüfuzunu artırır
Tərkib
• 12 növ peptid – qırışların azalması, lifting və bərpa
• PDRN (Sodium DNA) – hüceyrə yenilənməsi və sıxlıq
• Alma kök hüceyrələri – yaşlanmanın ləngidilməsi, regenerasiya
• Vitamins B qrupu – sakitləşdirici, antioksidant, dəri qoruması
• Stabil Vitamin C – tonun açılması, kollagen stimulyasiyası
• 9 növ hialuron turşusu – intensiv nəmləndirmə və baryer dəstəyi
• PHA (Gluconolactone) – yumşaq eksfoliasiya və tonun bərabərləşdirilməsi
• Glutatyon – antioksidant və dəri ləkələrinə qarşı təsir
İstifadə qaydası
Təmizlənmiş və toner tətbiq edilmiş dəriyə serumdan sonra kremi tətbiq edin və bərabər şəkildə yayın. Günlük istifadəyə uyğundur və quru, normal və qarışıq dəri tipinə uyğundur.

