← VEKSTORE.AZ

Məxfilik Siyasəti

1. Ümumi müddəalar

1.1. Bu Məxfilik Siyasəti (bundan sonra – "Siyasət") "VEK Cosmetics MMC" (bundan sonra – "Satıcı") tərəfindən idarə olunan vekstore.az internet mağazasından (bundan sonra – "Sayt") istifadə edən hər bir istifadəçinin (bundan sonra – "Alıcı", “İstehlakçı” və ya "İstifadəçi") fərdi məlumatlarının toplanması, işlənməsi, saxlanılması və qorunması qaydalarını tənzimləyir.

1.2. Bu Siyasət Azərbaycan Respublikasının Konstitusiyasına, "Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikasının Qanununa və digər müvafiq qanunvericilik aktlarının tələblərinə uyğun olaraq hazırlanmışdır.

1.3. İstifadəçi Saytdan istifadə etməklə, qeydiyyatdan keçməklə və ya sifariş rəsmiləşdirməklə bu Siyasətin şərtlərini qeyd-şərtsiz qəbul edir və öz fərdi məlumatlarının işlənməsinə razılıq verir.

2. Toplanılan məlumatların tərkibi

2.1. Satıcı, Alıcı tərəfindən Saytda alış-veriş edilərkən və ya qeydiyyat zamanı könüllü olaraq təqdim edilən aşağıdakı fərdi məlumatları toplayır:

Soyad, Ad;

Əlaqə nömrəsi;

Elektron poçt ünvanı (e-mail);

Çatdırılma ünvanı (məhsulun çatdırılması tələb olunduğu halda).

2.2. Sayt avtomatik olaraq istifadəçilərin texniki məlumatlarını (IP ünvanı, "Cookies" faylları, brauzer növü, daxil olma vaxtı) toplaya bilər. Bu məlumatlar şəxsin identifikasiyası üçün deyil, yalnız Saytın fəaliyyətinin yaxşılaşdırılması, statistika və təhlükəsizlik məqsədilə istifadə olunur.

3. Məlumatların istifadə məqsədləri

Satıcı, toplanmış fərdi məlumatları aşağıdakı məqsədlər üçün istifadə edir:

Alıcı ilə alqı-satqı müqaviləsinin icrası (sifarişin qəbulu, emalı və çatdırılması);

Müştəri xidmətlərinin göstərilməsi və daxil olan sorğuların cavablandırılması;

Sifarişin statusu barədə Alıcının məlumatlandırılması;

İstifadəçinin erirazı olmadığı halda, yeniliklər və aksiyalar barədə məlumatların göndərilməsi.

4. Ödəniş təhlükəsizliyi

4.1. vekstore.az saytında onlayn ödənişlər təhlükəsiz epoint.az ödəniş sistemi vasitəsilə həyata keçirilir.

4.2. Satıcı (“VEK Cosmetics” MMC), Alıcının bank kartı məlumatlarını (kart nömrəsi, istifadə müddəti, CVC/CVV kodu) toplamır, görmür və saxlamır.

4.3. Bütün ödəniş məlumatları birbaşa şifrələnmiş kanallar (SSL protokolu) vasitəsilə prosessinq mərkəzi tərəfindən emal olunur ki, bu da məlumatların tam təhlükəsizliyinə zəmanət verir.

5. Məlumatların üçüncü tərəflərə ötürülməsi

5.1. Satıcı, İstifadəçinin fərdi məlumatlarının məxfiliyini qoruyur və onları aşağıdakı hallar istisna olmaqla, qalan heç bir halda üçüncü tərəflərə ötürmür:

Xidmət təminatçıları: Sifarişin çatdırılması üçün kuryer şirkətlərinə və ya poçt xidmətlərinə zəruri olan məlumatların (Ad, Ünvan, Telefon) verilməsi;

Qanunvericilik: Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada vəkil, hüquq-mühafizə və ya məhkəmə orqanlarının, habelə qanunla müəyyən edilmiş digər səlahiyyətli orqanların rəsmi sorğusu əsasında.

6. Məlumatların qorunması

6.1. Satıcı, İstifadəçinin fərdi məlumatlarının itirilməsi, oğurlanması, təhrif edilməsi və icazəsiz istifadəsindən qorunması üçün lazımi texniki və təşkilati tədbirləri görür.

6.2. İstifadəçinin şəxsi kabinetinə giriş şifrəsinin məxfiliyini qorumaq İstifadəçinin öz öhdəliyidir.

7. İstifadəçinin hüquqları

7.1. İstifadəçi istənilən vaxt öz fərdi məlumatlarının dəyişdirilməsini, yenilənməsini və ya sistemdən tamamilə silinməsini tələb etmək hüququna malikdir.

7.2. Məlumatların silinməsi və ya Siyasətlə bağlı digər suallar üçün bu sənəddəki əlaqə vasitələrinə müraciət edilməlidir.

8. Mübahisələrin həlli

8.1. Tərəflər arasında yaranan bütün mübahisələr danışıqlar yolu ilə həll edilir.

8.2. Məhkəməyə müraciət etməzdən əvvəl yazılı bildirişin (mübahisənin könüllü həlli haqqında təklifin) irəli sürülməsi mütləqdir. Yazılı bildirişə sayt inzibatçıları tərəfindən 30 (otuz) təqvim günü ərzində baxılır.

8.3. Razılıq əldə edilmədikdə, mübahisə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll edilir.

9. Əlaqə məlumatları

Siyasətlə bağlı suallarınız, təklifləriniz, etirazlarınız və ya məlumatların silinməsi tələbləri üçün:

E-mail: orders@vekcosmetics.az

Sayt: vekstore.az